www.science.az
19.06.2019 09:26

“Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən tədqiqatçı mövcud araşdırmalar üzərində təhlillər aparıb.

Kitabın baş elmi məsləhətçisi və "Ön söz"ünün müəllifi AMEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Xəlil Yusifli və filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.