www.science.az
03.04.2018 10:08

Şahmat haqqında dəyərli kitab

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən C.Naxçivanski adına Hərbi Liseyin müəllimi olmuş Vəli Vəliyevin vəfatının bir illiyi ilə əlaqədar onun “Şahmat milyonlarla insanın sevimli oyunudur” kitabı nəşr olunub.

Dörd hissədən ibarət olan kitabda dərin düşünmə və təhlil etmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən, “ağlın gimnastikası” kimi dəyərləndirilən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, dünyanın qabaqcıl şahmatçılarının oyun taktikası, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.

Qeyd edək ki, “Şahmat milyonlarla insanın sevimli oyunudur” Vəli Vəliyevin ikinci kitabıdır. Müəllifin “Abbasqulu ağa Bakıxanovun dilçilik fəaliyyəti” adlı monoqrafiyası 2012-ci ildə nəşr olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.