www.science.az
19.02.2018 10:41

Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunacaq

Fevralın 20-də saat 11:00-da AMEA-nın Əsas binasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Ana dili mənəvi varlığımızdır”, “Azərbaycan dili anlayışının tarixi”, “Virtual məkanda Azərbaycan dili” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H. Cavid pros. 115, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.