www.science.az
05.02.2018 13:35

“Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri” adlı dərs vəsaiti çap olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri” adlı dərs vəsaiti nəşr olunub.

Dərs vəsaitində iki ayrı-ayrı üslub və dəstxətə malik olan şairin əsərlərindən İ.Quliyevin etdiyi tərcümələr toplanıb. XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını təmsil edir. Tanınmış tərcüməçinin farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn və qafiyə sistemini deyil, həm də ruhunu saxlaya bilib. 

Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.