www.science.az
22.01.2018 12:40

Azərbaycanın sərbəstyaşayan infuzor və çanaqlı amöblərinə aid ilk ümumiləşdirilmiş məlumat kitabı

Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, bu müəssisənin baş elmi işçisi Natalya Sneqovaya  və elmi işçisi Elyanə Tahirovanın “Azərbaycanın sərbəstyaşayan infuzor və çanaqlı amöblərinin kadastrı” adlı monoqrafiyası Moskvada çapdan çıxıb.

Nəşrdə Azərbaycanın su və torpaqlarının sərbəstyaşayan infuzor və çanaqlı amöblərinin növ müxtəlifliyi, onların yayılması üzrə məlum olan məlumatlar ümumiləşdirilir. İnfuzorlara həsr olunmuş bölmə Azərbaycanın bütün ərazisini əhatə etməklə 13 regionda yayılmış 757 növ haqqında məlumatları əks etdirir.

Monoqrafiyada respublikanın müxtəlif regionlarında dəniz, şirin su və torpaq daxil olmaqla, müxtəlif infuzor fəsilələrinin nümayəndələrinin biotoplar üzrə yayılması verilib. Çanaqlı amöblərə aid bölmədə 265 növ, onların biomüxtəlifliyi və Azərbaycanın müxtəlif region və biotopları üzrə rast gəlməsi barədə məlumatlar yer alıb.

Yeni nəşr Azərbaycanın sərbəstyaşayan infuzor və çanaqlı amöblərinə aid ilk ümumiləşdirilmiş məlumat kitabıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.