www.science.az
25.10.2017 09:33

“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası” adlı kitab rus dilində nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın  “Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası” adlı kitabı rus dilində işıq üzü görüb.

Kitabın redaktoru mərhum akademik Tofiq Hacıyev, rəyçiləri professorlar Sevil Mehdiyeva və İsmayıl Kazımovdur.

Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturu, semantikası və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunub.

Nəşrdə feili sifət kateqo­riyasının müəyyənləşdirilməsi, onun  qrammatik statusunun konkretləşdirilməsi və feilin şəxssiz formaları sistemində yeri göstərilir, feili sifətlərin əsas anla­yışları, terminləri və onların təsnifat prinsipləri təhlil edilir.

Bundan əlavə, müəllif müasir türk dillərində və onların dialektlərində feili sifətlərin struktur-semantik ma­hiy­yətini və morfoloji-sintaktik əlamətlərini müfəssəl təhlil edərək, hər bir feili sifətin həm oxşar, həm də diferensial morfoloji-sintaktik xüsusiyyət­ləri­ni aşkar edib.

Kitabda, həmçinin türk dillərində feili sifət şəkilçilərinin etimologiyası ətraflı öyrənilib və qeyri-standart feili sifət formaların müqayisəli-tarixi təh­li­li aparılıb.

Monoqrafiya filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunur.

“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası” kitabı dərs vəsaiti kimi də istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.