Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
18.09.2017 17:47
  • A-
  • A
  • A+

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

6-8 dekabr 2017-ci il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu qurumun və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə harmonik və qeyri harmonik analiz, funksional analiz, həndəsə, topologiya və cəbr, yaxınlaşmalar nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər, operatorlar nəzəriyyəsi və spektral analiz, tətbiqi analiz, bütöv mühit mexanikası, optimal idarəetmə problemləri, ehtimal nəzəriyyəsi və stoxastik analiz, riyazi fizika, riyaziyyatın tarixi və tədrisi metodikası bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 31 oktyabr 2017-ci il tarixinədək confimm2017@gmail.com elektron ünvanına göndərə bilərlər.

Ətraflı məlumatı www.imm.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: