Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı torpaqşünas alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər
25.08.2017 10:48
  • A-
  • A
  • A+

Azərbaycanlı torpaqşünas alimlər koreyalı həmkarları ilə əməkdaşlıq edirlər

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikası Seul Milli Universiteti arasında birgə tədqiqat işlərinin aparılması barədə 2016-cı il iyulun 8-də imzalanmış müqaviləyə uyğun olaraq tərəflər arasında qarşılıqlı elmi əlaqələr davam edir.

Müqavilə çərçivəsində Seul Milli Universitetinin professoru Hee-Myong Ro və doktor Junho Han avqustun 23-dən 25-dək AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təlim keçiblər.

Koreyalı alimlər təlimə qatılan mütəxəssislərə “İCAP 7000 Series İCP-OES” cihazının iş prinsipi,  bu cihaz vasitəsilə su və torpaq analizlərinin aparılması qaydaları barədə məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: