www.science.az
08.08.2017 15:15

İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması istiqamətində müzakirələr aparılıb

İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov avqustun 8-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonağa elmi müəssisənin yaranma tarixi, burada saxlanılan nadir fondlar, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib.

Görüşdə İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması və ölkəmizə gətirilməsi istiqamətində müzakirələr aparılıb.

Daha sonra A.Binyaminov institutda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb. O, ölkəsində saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb.

Görüşün sonunda A.Binyaminov İsraildə saxlanılan orta əsr Şərq əlyazmalarını tədqiq etmək üçün azərbaycanlı araşdırmaçıları vətəninə dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.