Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.04.2017 10:45
  • A-
  • A
  • A+

Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə  Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə şuranın sədri, AMEA-nın müxbir üzvü Amin İsmayılov açıb. Daha sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov görkəmli təbiətşünas alim, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib.

Tədbirdə akademik Məhərrəm Babayev və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev görkəmli alim Həsən Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra isə Elmi Şuraya təqdim olunmuş elmi-tədqiqat və dissertasiya mövzuları və cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: