www.science.az
27.01.2017 16:45

“Ölkədə dil situasiyası: Nərimanov rayonu” mövzusunda “dəyirmi masa” keçirilib

Yanvarın 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ölkədə dil situasiyası: Nərimanov rayonu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, aparılan monitorinqin nəticələri müzakirə olunub.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Məmmədova Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən, mövcud problemlərdən söz açıb, ana dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi vurğulayıb.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva mövzunun aktuallığını diqqətə çatdırıb, bununla bağlı Nərimanov rayonunda görülən işlərdən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.