www.science.az
24.01.2017 12:57

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Aprelin 24-25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:

• Dilçilik nəzəriyyəsi;

• Fonetika məsələləri;

• Dil və üslub məsələləri;

• Ədəbiyyat və ədəbi dil məsələləri;

• Türkologiyanın aktual problemləri;

• Dil tarixi və qrammatika.

Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini 15 fevral 2017-ci il tarixinədək a.akhundof85@gmail.com elektron ünvanına göndərə bilərlər.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis dilləri.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

15 fevral 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

25 fevral 2017-ci il

Konfransın plenar iclasının açılış mərasimi

24 aprel 2017-ci il

Bölmə iclasları

24 aprel 2017-cı il

Konfransın bağlanış mərasimi

25 aprel 2017-ci il

  

Məqalələrin tərtibatına dair tələblər:

- Mətnin həcmi 5 səhifəyə qədər, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti iləd, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25 olmalıdır;

- Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır;

- Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə;

- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə yazılmalıdır.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir. 

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115, Dilçilik İnstitutu

E-mail: a.akhundof85@gmail.com

Telefon: (+994 12) 5372083 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.