www.science.az
17.05.2016 17:07

Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-harmonik analiz və differensial operatorlar” mövzusunda Beynəlxalq seminar keçiriləcək

25-27 may 2016-cı il tarixlərində saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunda bu elmi müəssisənin təşkilatçılığı və AMEA Rəyasət Heyətinin dəstəyi ilə “Qeyri-harmonik analiz və differensial operatorlar” mövzusunda Beynəlxalq  seminar keçiriləcək.

Tədbirdə “Yaxınlaşma nəzəriyyəsi”, “Harmonik  və qeyri-harmonik analiz, freymlər”, “Optimal idarəetmə və differensial tənliklər”, “Differensial operatorlar və spektral nəzəriyyə”, “Qeyri-xətti xüsusi törəməli differensial tənliklər”, “Siqnalların  emalı və tətbiqləri”, “Riyazi modelləşdirmə” və digər mövzularda müzakirələr aparılacaq.

Beynəlxalq seminar haqqında ətraflı məlumatı nhado2016.azjm.org saytından əldə etmək olar.

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9.

Əlaqə nömrələri: (+994 12) 539 91 92, 538 72 50

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.