www.science.az
20.04.2016 18:26

Fizika-riyaziyyat elmləri namizədi Elman Yusifov Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. İnstitutun direktoru vəzifəsinin icrası fizika-riyaziyyat elmləri namizədi Elman Yusifova həvalə edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.