Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov 19-21 oktyabr 2015-ci il tarixlərində Çin Xalq Respublikasında elmi ezamiyyətdə olub.
Azərbaycanlı alim Çinin Sindao şəhərində keçirilən “İnfuzorların biomüxtəlifliyinin tədqiqində müasir tendensiyalar, əməkdaşlıq və gələcək istiqamətlər” mövzusunda beynəlxalq elmi seminarda iştirak edib.
Beynəlxalq tədbirdə mövzu üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir