www.science.az
16.07.2015 13:30

Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirildi

İyulun 16-da AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə HEB-in akademik-katibi, akademik Teymur Kərimli açaraq, gündəlikdəki məsələlərlə bağlı məlumat verdi. Akademik T.Kərimli yarım il ərzində bölmə institutlarında həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutların maddi-texniki bazası və əldə olunan mühüm elmi nəticələr və digər məsələlərə dair ətraflı məlumatları diqqətə çatdırdı.

Tədbirdə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 80 illik yubileyinin keçirilməsi, Dilçilik, Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir