Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib
28.04.2020 12:48
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri, eləcə də BMT-nin “Ətraf mühit” proqramının eksperti, AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq video-konfransda iştirak edib.

Konfransa Azərbaycanla yanaşı, ABŞ, Danimarka, Bəhreyn, Sinqapur və digər ölkələri təmsil edən 16 nümayəndə qatılıb.

BMT-nin “Ətraf mühit” proqramının 2021-ci ildə keçiriləcək 5-ci Baş Assambleyasına hazırlıq məqsədi ilə Keniyanın paytaxtı Nayrobidən idarə olunan beynəlxalq video-konfransda ətraf mühit sahəsində qəbul olunan qərarlarda alimlərin və ictimaiyyətin rolunun artırılması məsələsi müzakirə olunub.

Tədnirdə çıxış edən İ.Mustafayev Azərbaycanda ətraf mühit sahəsində mövcud olan qanunvericilik və institusional potensial haqqında məlumat verib, eləcə də bu sahədə əldə olunmuş təcrübəni həmkarları ilə bölüşüb. O, AMEA və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühit sahəsində aparılan işlər barədə məlumat verərək, texniki potensialın artırılması, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair həyata keçirilən layihələrin müzakirəsində elmi və ictimai təşkilatların nümayəndələrinin iştirakı barədə danışıb.

Alim, həmçinin video-konfrans iştirakçılarına “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanunun əhəmiyyəti və əsas müddəalarından bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: