Radiasiya Problemləri İnstitutu

 

Veb-sayt irp.science.az  
Ünvan AZ1143, B.Vahabzadə küç., 9, Bakı şəhəri, Azərbaycan Respublikası
Tel. (+994 12) 5393391
Faks (+994 12) 5398318
Elektron poçtu director-irp@science.az;

director.rpi@gmail.com

Direktor Səmədov Oqtay Əbil oğlu

Xidməti tel.: (+994 12) 5393391

Mob. tel.: (+994 50) 3100360

Faks: (+994 12) 5398318

E-poçt: o.samedov@rambler.ru
Direktor müavinləri

 

   

Elmi işlər üzrə

f.r.f.d., dos. Mehdiyeva Rəvan Nadir qızı

Xidməti tel.: (+994 12) 5383224, (+994 12) 5100592

Mob. tel.: (+994 51) 8209405

Faks: (+994 12) 5398318

E-poçt: ravan.m.n@rambler.ru

Elmi katib f.r.e.n., dos. Nuriyev  Musa  Abduləli oğlu

Xidməti tel.:  (+994 12) 5383224

Mobil tel.: (+994 50) 3642217

E-poçt: musa_nuriev@mail.ru 

Yaranma tarixi  AEA-nın Radiasiya Tədqiqatları Sektoru - SSRİ Dövlət Elm Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı, AEA RH-nin 20 iyun 1969-cu il tarixli qərarları
AMEA-nın Radiasiya Problemləri İnstitutu -  AR Nazirlər Kabinetinin 81 saylı 21 may 2002-ci il tarixli,  AMEA-nın 3 iyun 2002-ci tarixli 13/1 saylı qərarları 
Əsas fəaliyyət istiqamətləri Radiasiya fizikası və kimyası;

Radiasiya materialşünaslığı;

Radiasion texnologiyalar;

Nüvə və radiasiya təhlükəsizliyinin elmi əsasları;

Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi,  enerji çevrilmələrinin fiziki-texniki problemləri;

Əsas elmi nəticələr I PROBLEM: NÜVƏ ENERJİSİNİN ÇEVRİLMƏ PROSESLƏRİ VƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ İSTİQAMƏTİNDƏ İSTİFADƏSİ

1. Radiasion-oksidləşmə prosesi (T=300K, D=432kQr, oksidləşdirici-H2O2) nəticəsində tərkibində müxtəlif miqdarda fosfor olan paslanmayan poladın səthində nanotərtibli qalinlığa malik aqressiv mühitə davamlı oksid təbəqəsi yaranır. Müəyyən edilib ki, paslanmayan poladın tərkibində fosforun miqdarı artdıqca radiasion oksidləşmiş səthin təmas mühitində gedən suyun radiolitik parçalanma prosesinə təsiri azalır ki, bu da səthin padiasiya davamlılığının artmasının göstəricisidir.

2. Radioaktiv radium izotopunun parçalanma enerjisinin radiasion-katalitik üsulla sudan hidrogenin alınmasında istifadə imkanlarını aşkar etmək məqsədi ilə tərkibində müxtəlif miqdarda radium olan Ra-SiO3 sintez olunub və T=300÷673K intervalında suyun radiolitik parçalanma prosesində radiasion-katalitik aktivliyi tədqiq olunub.Müəyyən edilib ki, tərkibində radiumun miqdarı artdıqca silikatın suyun radiasion-katalitik parçalanmasında katalitik aktivliyi artır və bu da göstərir ki, radiumun radioaktiv parçalanma enerjisi radiasion-katalitik prosesdə əlavə enerji mənbəyi kimi istifadə olunur.

3. Monokristallik silisiumun su ilə təmasında radiasion-heterogen proseslər nəticəsində molekulyar hidrogenin alınması və səthin oksidləşməsi baş verir. Prosesin sürəti və hidrogenin energetik çıxımının temperaturdan (T=300÷673), mühitdə su buxarının təzyiqindən (P=0÷5 atm.) və monokristallik silisiumun qalınlığından asılılıq qanunauyğunluqları aşkar olunub Həmin sistemdə gedən proseslərin nəzəri modeli hazırlanıb, onun əsasında xarakterik kritik parametrlər təyin olunub..

4. Berillium su təmasında radiasion-heterogen proseslər nəticəsində yaranan Be-BeO sistemi suyun sonrakı radiolitik və radiasion-termik parçalanma proseslərini stimullaşdıraraq radiasion-katalitik təsir göstərir. Bu proseslər metalın korroziyasını sürətləndirir və təmas mühitində yüksək radiasion-kimyəvi çıxımla molekulyar hidrogenin alınmasına səbəb olur. Alınmış nəticələr həm nüvə reaktorlarında metallik berillium ilə su təmasında korroziya və təhlükəli hidrogen qazının əmələ gəlməsi faktının xarakterizə olunmasında, həm də gələcəkdə bilavasitə Me-MeO təmasına əsaslanan effektli radiasion-katalitik sistemlərin yaranmasında istifadə üçün tövsiyə olunur.

5. Neftin tərkibində qətranın qatılığının 15-20%-ə qədər artırılması onun radiasiyaya davamlılığını 50%-dən çox yüksəldir ki, bu da politsiklik aromatik birləşmələrin radiasiyadan müdafiə qabiliyyətinin yüksək olması ilə bağlıdır. Radiasiya davamlılığı artırılmış belə neft məhsullarının radiasiya şəraitində tətbiq oluna bilən materialların istehsalında istifadə olunmasına imkan yaradır.

6. Tərkibində 14 mq/kq qatılıqda PXB olan transformator yağının 200-300nm dalğa uzunluqlu işığın təsiri altında 1,2÷1,4 kvant çıxımı ilə xlorsuzlaşma prosesinin getməsi aşkar olunub. Alınmış nəticə PXB-li yağlarla əlaqəli ekoloji problemlərin həllində istifadə oluna bilər.

7. Fenolun suda məhlullarının radiolizi prosesində fenolun çevrilməsi 4molekul/100eV çıxımla getməsi aşkar olunub. Müşahidə olunmuş nəticələr su hövzələrinin radiasion texnoloji üsulla zərərli fenollardan təmizlənməsində istifadə oluna bilər.

8. Suyun n-Al2O3 iştirakı ilə fotolizində molekulyar hidrogenin kvant çıxımın təmiz suya nisbətən 4-5 dəfə artması aşkar olunub. Müəyyən edilib ki, TiO2+nano-Al2O3 ikili sistemi onu təşkil edən komponentlərə nisbətən suyun radioliz prosesində daha yüksək radiasion-katalitik aktivliyə malikdir və optimal rejimdə hidrogenin əmələ gəlmə sürəti W(H2)=5.56∙1014 molekul/q∙san-ə qədər artır.

II PROBLEM: BƏRK CİSİMLƏRDƏ RADİASİYA STİMULLAŞDIRICI PROSESLƏR

1. TlİnTe2 kristalının qamma şüalanmanın udulma dozasının 50 Mrad qiymətində elektrik keçiriciliyinin 6 dəfə, dielektrik nifuzluğunun isə 3 dəfə artması və superion keçiriciliyinə keçidin isə aşağı temperatur oblastına sürüşməsi aşkar olunub. Bu kristal üçün elektrik sahəsinin və qamma-şüalanma dozalarının hədd qiymətləri təyin edilmiş və müşahidə edilmiş effektlərin mexanizmi təklif olunmuşdur.

2. İlk dəfə enerjisi 140 keV olan H2+ ionları ilə şüalanmış laylı GaS kristalında stexiometriyanın pozulduğu və amorflaşmanın başlandığı şüalanma selinin qiymətləri təyin edilib. Müəyyən edilib ki, GaS kristalında H2+ ionları ilə şüalandıqda şüalanma selinin 5∙1015sm-2 –dən yuxarı qiymətlərində kristalın tərkibi dəyişir və stexiometriya pozulur. Proton selinin müəyyən qiymətindən sonra GaS kristalında həmçinin amorflaşma baş verir. Protonların GaS kristalı ilə qarşılıqlı təsirinin modeli əsasında təyin edilmiş nəzəri və təcrübi müşahidə olunmuş amorflaşmanın hədd dozaları xətalar çərçivəsində üst-üstə düşür.

3.İfratyüksək sıxlıqlı polietilen+CdS/ZnS və polipropilen+CdS/ZnS kompozitlərində binar doldurucuların qatılığının 24-30% miqdarında, qamma şüalanma dozasının 20-80 kQy qiymətlərində onların elektrofiziki xassələrinə görə radiasiyaya davamlılığı müəyyən edilmişdir.

4. Polimer peroksidi, metal oksidi, poliefir qətranı, texniki karbon və hidrogenləşmiş butadien nitril kauçuku əsasında termoradiasion üsulla alınmış yeni elastomerlər fiziki-mexaniki xassələrinə, aqressiv maye mühitinə davamlılığına görə maşınqayırma, neft-kimya, avtomobil və başqa sahələrdə manjet, tıxac, sıxlaşdırıcı formalı məmulat hazırlanmasında istifadə edilə bilər.

III PROBLEM: RESPUBLİKA ƏRAZİSİNDƏ RADİOEKOLOJİ DURUMUN TƏDQİQİ, RADİASİYA AMİLLƏRİNİN BİOLOJİ SİSTEMLƏRƏ TƏSİR MEXANİZMİNİN ÖYRƏNİLMƏSİ, CANLI ORQANİZMLƏRİN ŞÜALANMANIN TƏSİRİNDƏN QORUNMASI VƏ RADİASİYA TƏHLÜKƏSİZLİYİ PROBLEM-LƏRİNİN ELMİ ƏSASLARININ İŞLƏNİB HAZIRLANMASI

1. Səpindən əvvəl toxumları müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış bir neçə tərəvəz bitkilərinin ikinci nəslində antioksidant mühafizə sisteminin fəaliyyəti tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, kiçik doza oblastında ionlaşdırıcı şüalanma bitki yarpaqlarında oksigenin aktiv formalarının yaranmasını intensivləşdirir və nəticədə hüceyrə membranları lipidlərin perekis oksidləşmə məhsulu olan malondialdehidin miqdarının artması ilə müşayiət olunan daha geniş miqyaslı dağıntılara məruz qalır. Belə şəraitdə bitkilərin antioksidant mühafizə sisteminin fəaliyyəti prolin kimi antioksidantların sintezini sürətləndirməklə yanaşı, həm də antioksidant fermentlərin fəallaşmasına səbəb olur. Böyük doza oblastında isə dağıdıcı təsir lipidlərlə yanaşı, həm də bioloji makromolekulları əhatə edir.

2. Buğda toxumlarının əvvəlcədən 250Qr udulma dozasında qamma şüalanmasında məhsuldarlığın, məhsulun keyfiyyət göstəricilərinin aşağı düşməsi faktı aşkar olunub.

3. Müəyyən edilib ki, yovşan bitkisi (Artemisia absinthium) təbii radionuklidlərin torpaqdan məninsəyərək toplama xassəsinə malikdir. Müşahidə olunmuş effekt radioaktiv çirklənmiş ekosistemlərin fitoremediasiyasında (bitkilər vasitəsilə bərpa) istifadə oluna bilər.

4. Bitki nümunələrində müşahidə edilən xarakterik geniş EPR siqnalının (g=2,32 və ΔH=320 Qs) amplitudu radioekoloji monitorinqdə bioindikasiya parametri kimi istifadə oluna bilər. Tədqiq olunan nümunələrdə EPR siqnalının amplitudunun böyük qiymətləri radioaktiv çirklənmənin (ekspozisiya dozasının gücü) yüksək qiymətinə uyğun olur.

5. Canlı obyektlərdə (buğda cücərtiləri, siçovullar, siçanlar, yağış qurdları) aparılmış təcrübələrin nəticələri polivinilpirrolidon (PVP)-la modifikasiya edilmiş adi boymadərən (Achillea millefolium L.), gülümbahar (Calendula officinalis L.) və daziotu (Hypericum perforatum L.) bitkiləri ekstraktının immunstimullaşdırıcı və radioprofilaktik bioloji aktiv qida əlavəsi, həmçinin mikrogübrə kimi tövsiyyə etməyə imkan verir.

6. a. Xəzər dənizinin Azərbaycan sektorunda intensiv neft –qaz istehsalı zonalarında dib çöküntülərində polisiklik aromatik karbohidrogenlərin fon konsentrasiyaları üzrə ilk dəfə olaraq məlumat bazası hazırlanmışdır.

b. Bakıdan cənubda inkişaf etdirilən sənaye zonası üzrə qrunt sularında radioaktiv izotoplar, ağır metallar, politsiklik karbohidrogenlər və digər zərərli maddələrin fon konsentrasiyaları tədqiq olunaraq fiziki kimyəvi parametrlər və ağır metallar üzrə məlumat bazası hazırlanmışdır.

7. Sintez edilmiş yeni sobentlərin lay suyundan radiumun sorbsiya üsulu ilə ayrılması üçün optimal rejim seçilmiş və ayırma üçün pilot qurğusu hazırlanmişdir.

8.Epitermal neytronların təsiri altında nano-SiO2 nümunələrinin nüvə aktivləşmə prosesləri və aktivləşmiş nüvələrin parçalanma proseslərinin kinetikası tədqiq olunub. Müəyyən olunub ki, neytronların təsiri altında nano-SiO2 nümunələrinin elektrik keçiriciliyi kəskin (3-4 tərtib) dəyişir və bu dəyişmənin şüalanma dozası, temperatur və elektrik sahəsinin tezliyindən asılılıqları aşkar edilib.

9.a. Uranil-silikat və təmiz silikat səthində suyun radiasion-heterogen parçalanma prosesində molekulyar hidrogenin alınmasının kinetikası temperaturun T=300-673 K oblastında tədqiq olunub.

b. Müəyyən edilib ki, maye suyun uranil-silikatın səthini tam örtdüyü halda bərk fazada əmələ gələn hissəciklər tərəfindən su molekuluna daha effektiv enerji daşınma prosesi baş verdiyindən, molekulyar hidrogenin çıxımı daha yüksək olur.

c. Temperaturun yüksəlməsi ilə enerjidaşıyıcıların səthi səviyyəyə miqrasiyasiyası sürəti artdığından molekulyar hidrogenin çıxımı da artır.

10. İlk dəfə olaraq Azərbaycan Respublikasının Şəki zonasının ərazisində yüksək dağ buzlaqlarından su axınının və kosmik şüaların təsiri altında bitki örtüyündə Be-7 izotopunun toplanması faktı aşkar olunub.

IV PROBLEM: ENERJİ DAŞIYICILARININ ALINMASI, İSTEHSALAT VƏ MƏİŞƏTDƏ ENERJİ TƏMİNATINDA BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNİN İSTİFADƏSİNİN ELMİ ƏSASLARININ İŞLƏNMƏSİ

1. Qaynar su istifadəçisi olan fərdi, ictimai və istehsal obyektləri üçün avtonom günəş qızdırıcı qurğusu işlənmişdir.

2. Bakı şəhəri iqlim şəraitində tozlanma və kölgələnmənin günəş kollektorunun gün ərzində faydalı iş əmsalına təsiri tədqiq olunub. Müəyyən olunub ki, kölgələnmə əmsalının maksimal təsiri səhər və axşam saatlarında müşahidə olunur və gün ərzində faydalı iş əmsalına təsiri 5-6% olur. Yastı gövdəli Günəş kollektoru üçün Abşeron yarımadası mühitində kölgələnmə əmsalının sabit qiymətində tozlanma əmsalının qiyməti təyin edilib. Hər iki faktoru nəzərə almaqla yastı günəş kollektorunun günəş radiasiyası enerjisinin faydalı istifadə oluna biləcək qiymətləri təyin olunub.

İşçilərinin ümumi sayı 281
Struktur bölmələri
Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Səmədov Oqtay Əbil oğlu

Mehdiyeva Rəvan Nadir qızı 

Nuriyev Musa Abduləli oğlu

Abdullayev Mahmud Abdulla oğlu 

Abiyev Əsgər Əli Qulam oğlu

Abdullayev Asim Səbri oğlu

Ağayev Teymur Nemətulla oğlu

Cəfərov Elimxan Süleyman oğlu

Qurbanov Müslüm Əhməd oğlu

Mədətov Rəhim Səlim oğlu

Məhərrəmov Arif Musa oğlu

Mahmudov Hökmən Mövəcət oğlu

Məmmədov Şiraz Məcnun oğlu

Mustafayev İslam İsrafil oğlu

Rzayev Pərviz Fikri oğlu

Sərdarlı Rauf Mədət oğlu

Süleymanov Bəhruz Allahverdi oğlu

Xəlilov Rövşən İbrahimxəlil oğlu

Salmanov Famin Tahir oğlu

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri


Salmanov Famin Tahir oğlu

Abdullayev Elşad Tofiq oğlu

Mikayılova Əminə Cümşüd qızı

Səmədov Samir Faiq oğlu

Məmişova Rəxşanə Məyiş qızı

İmanova Günel Tələt qızı

Dadaşov Zamil Xəlil oğlu

Allahverdiyev Qabil Ramiz oğlu

Mirzəyev Nicat Adil oğlu

Cahangirov Murad Muxtar oğlu

Fətəlizadə Xədicə Zəfər qızı

Mövsümlü Nərmin Telman qızı

Səfərova Nərmin İbrahim qızı

Quliyeva Ülviyyə Aydın qızı

Qəribov Ramin Qərib oğlu

Məmmədova Gültəkin Elxan qızı

Abışov Aqşin Zakir oğlu

Müslümova  Zöhrə Hənifə qızı

Qasımova Aygün İzzət qızı

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri


Səmədov Oqtay Əbil oğlu

Qurbanov Müslüm Əhməd oğlu

Ağayev Teymur Neymətulla oğlu

Qəribov Adil Abdulxalıq oğlu

Abiyev Əsgərəli Qulam oğlu 

Abbasova Adilə Ziyat qızı

Eyvazov Edil Əli oğlu

Mədətov Rəhim Səlim oğlu

Məhərrəmov Arif Musa oğlu

Nuriyev Hidayət Rəhim oğlu

Mehdiyev Nizami Mikayıl oğlu

Əsədov Yusif Qəzənfər oğlu

Mustafayev İslam İsrafil oğlu

Məmmədov Şiraz Məcnun oğlu

Sərdarlı Rauf Mədət oğlu

Cəfərov Elimxan Süleyman oğlu

Xəlilov Rövşən İbrahimxəlil oğlu

Cəfərova Rəna Ələkbər qızı

Abdullayev Adil Polad oğlu

Hacıyev Əhməd Məhəmməd oğlu

Nurullayev Yusif Quşu oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Mahmudov Hökmən Mövəcət oğlu     

Mikayılova Əminə Cümşüd qızı

Hüseynova Səidə İsfəndiyar qızı

Cəfərov Yadigar Dövlət oğlu

Ağayev Teymur Neymətulla oğlu

Əmirova Səidə Məzahir qızı

Salmanov Famin Tahir oğlu

İctimaiyyətlə əlaqələrə məsul şəxs f.r.e.n. Mehdiyeva R.N.
Elmlər doktorları
Fəlsəfə doktorları