Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana oxuculara akademiklərin elektron kitablarını təqdim edir
22.04.2020 14:11
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana oxuculara akademiklərin elektron kitablarını təqdim edir

Mərkəzi Elmi Kitabxana AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim QuliyevƏlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Tarix İnstitutunun bölmə müdiri, akademik Nərgiz Axundovanın müəllifi olduğu e-kitabları oxuculara təqdim edir.

Oxucular kitabxananın “Elektron kitablar” verilənlər bazasına daxil olaraq nəşrləri PDF formatda yükləyə bilərlər. Burada akademik İ.Quliyevin “İqtisadi risklərin qiymətləndirilmasi və idarə edilməsi” dərsliyi, akademik T.Kərimlinin “Nizami və tarix” və akademik N.Axundovanın “Kavkaz i velikiye tyurkskiye imperii" kitabları təqdim olunur.

Qeyd edək ki, bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: