Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər
16.04.2020 12:13
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq vebinarlarda iştirak ediblər.

Müəssisənin Quru onurğasızları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d., dos. İlhamə Kərimova, Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirova və Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Nigar Mehdiyeva “Web of Science” tərəfindən aprel ayı üçün elan olunan vebinarlarda iştirak ediblər.

Vebinarlar “Koronavirus haqqında nə bilirik: elmi məlumat mənbələri”, “Web of Science” məlumat platforması: məzmun, imkanlar və tətbiq”, “Publons və ResearcherID”, “Ədəbiyyatla işləyərkən Endnote imkanları” mövzularındadır.

Beynəlxalq vebinarlarda iştirak edən institutun əməkdaşları müvafiq seriyalar üzrə sertifikatlar əldə ediblər.

Rus dilində təşkil olunan vebinarlar aprelin 29-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: