www.science.az
31.03.2020 12:09

Əlyazmalar İnstitutu fəaliyyətini onlayn şəkildə davam etdirir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bir sıra sosial platformalarda, o cümlədən “Twitter” (#ElyazmalarInstitutu heşteqi ilə) və “Facebook” sosial şəbəkələrində onlayn əlaqəni davam etdirir.

Bununla yanaşı, qurumun fəaliyyəti ilə bağlı suallar info@manuscript.az, direction50@mail.ru elektron poçt ünvanlarına göndərilə bilər.

Həmçinin Əlyazmalar İnstitutunun rəsmi internet səhifəsinə (www.manuscript.az) daxil olmaqla lazımi məlumatları əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətini müvəqqəti dayandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.