www.science.az
21.02.2020 09:27

Radiasiya Problemləri İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Radiasiya Problemləri İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Yarımkeçiricilərin radiasiya fizikası, Heterogen proseslərin radiasiya kimyası, Radiobiologiya laboratoriyalarına elmi işçi, həmçinin Yarımkeçiricilərin radiasiya fizikası, Ətraf mühitin radiasiya kimyası və Radiokimya laboratoriyalarına kiçik elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə uyğun elm sahələri üzrə təcrübəli mütəxəssislər iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ-1143,  Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9

Telefon: (+994 12) 439 33 91

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.