Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmi jurnalların “Clarivate Analytics” bazasının siyahısına daxil edilməsi yolları müzakirə olunub
04.04.2019 16:53
  • A-
  • A
  • A+

Elmi jurnalların “Clarivate Analytics” bazasının siyahısına daxil edilməsi yolları müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA-da Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyətinə dair məruzə ilə cıxış edib. Alim respublikamızda elmi jurnallarının “Clarivate Analytics” bazasının genişlənmiş siyahısına daxil olmasının yollarından danışıb.

Azərbaycanda riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics” bazasına daxil olan jurnalların olduğunu deyən akademik F.Əliyev humanitar, sosial və siyasi elmlər sahəsində isə cəmi bir nəşrin - “Khazar Journal of Humanities and Social Sciences”-ın bu siyahıya daxil edildiyini bildirib.

Daha sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasını sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov jurnalların dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics”-ə daxil edilməsinin vacibliyini qeyd edib.

Sonda F.Əliyev ona ünvanlanan  çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: