Sürüncəklik nəzəriyyəsi şöbəsi

Tel. (+994 12) 3727590,

(+994 12) 5380730 

Faks  
Elektron poçtu italybly@yahoo.com,

creepimm@gmail.com,

latif.talybly@imm.az
Struktur bölmənin rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Talıblı Lətif Xəlil oğlu
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri  Şöbədə elmi araşdırmalar 4 istiqamərdə aparılır. Birinci: irsi (özlü) elastik, elastiki-plastik, elastiki-özlüplastik xassəli materiallardan hazırlanmış kostruksiyaların deformasiyası və dağılması. İkinci: Dəniz dalğasına tədbiqlə qeyri-requlyar dalğaların spektral nəzəriyyəsi. Üçüncü: Aqressiv mühitdə işləyən konstruksiyaların korroziya yorğunluğundan dağılması və gərginlik təsirindən korroziya dağılması. Dördüncü: təsadüfi təsirlərə məruz qalan konstruksiyaların dağılma və deformasiyalarının stoxastik məsələləri. 
Əsas elmi nəticələri

1. Birinci istiqamət üzrə alınan nəticələr: a) sərbəst yüklənmələrdə (həmçinin tsiklik) irsi (özlü) elastiki-plastik dağılmalar və deformasiyalar nəzəriyyəsi effektiv işlənmişdir; b) irsi (özlü) elastik materialların mexaniki xassələrinə temperatur təsirinin effektiv üsulu işlənmişdir. Bu üsuldan istifadə edərək teorem isbat olunmuşdur ki, termoözlüelastik məsələnin ümumi həlli adi özlüelastik məsələnin həllinə gətirilir; v) elastiki-plastik cisimlərin tsiklik möhkəmliyi (yorğunluğu) və irsi (özlü) elastik cismlərin uzunmüddətli möhkəmliyinin effektiv nəzəriyyəsi işlənmişdir; q) uzunmüddətli dağılma prosesinin modelləşmə prosesi işlənmişdir; d) sadələşdirilərək elastiki-plastik sərhəd məsələlərinin ümumi həll metodu təklif olunmuşdur; e) xətti özlüelastiklik nəzəriyyə məsələlərinin ümumi dəqiq həll metodları verilmişdir; approksimasiya metodunda istifadə olunan A.A.İlyuşinin məlum eksperimental funksiyanın dəqiq analitik həll növü təyin olunmuşdur; j) müxtəlif konstruksiyaların möhkəmliyi hesablanmışdır, həmçinin dinamik temperatur təsirindən möhkəm yanacaqlarda raketlərin konstruksiyaları; z) konstruksiyalarda və deformasiyalanan cisimlərdə çatların artması və əmələ gəlməsinin modelləşdirilməsi; i) mexaniki dağılmaların və elastiklik nəzəriyyəsinin tərs məsələlərinin həll metodları işlənmişdir; k) çatların böyüməsinin konstruksion dayandırılmasının mexaniki metodu işlənmişdir.

2. İkinci istiqamət üzrə əldə olunan nəticələr: Qeyri requlyar (təsadüfi) dalğaların effektiv spektral nəzəriyyəsi təklif olunmuşdur, hansı ki, bunları dəniz dalğalarına tətbiq edərək onların istənilən dərinlikdə təzyiqlərini və digər parametrlərini tapmaq mümkün olmuşdur.

3. Üçüncü istiqamət üzrə əldə olunan nəticələr: a) aqressiv mühitdə mexaniki gərginliyin təsiri altında işləyən ixtiyari konstruksiyaların korroziya dağılması vaxtını müəyyən etməyə imkan verən effektiv nəzəri-eksperimental metod işlənmişdir; b) korroziya yorğunluğunda dağılmanın vaxtını proqnozlaşdırmağa imkan verən analoji metod təklif olunmuşdur.

4. Dördüncü istiqamət üzrə əldə olunan nəticələr: İstismar zamanı təsadüfi yüklənməyə məruz qalan ixtiyari formaya malik qurğuların xidmət müddətini müəyyən edən formullar təklif olunmuşdur.