Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun keçirdiyi müsabiqədə 35 iddiaçı elmi işçi vəzifələrini tutub
15.03.2019 15:17
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun keçirdiyi müsabiqədə 35 iddiaçı elmi işçi vəzifələrini tutub

AMEA-nın Neft və Qaz İnstitutunda elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilib. Müsabiqə AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”na uyğun olaraq təşkil edilib.

Vakant şöbə müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi və elmi işçi vəzifələrinin tutulması üzrə müsabiqə elmi şuranın iclasında reallaşıb.

İclasda müsabiqə komissiyası tərəfindən aparılmış elmi vəzifə iddiaçılarının sənədlərinin ekspertizasının nəticələri elan olunub və hər bir iddiaçı ilə müsahibə aparılıb. İddiaçıların səsverməyə buraxılması haqqında qərar qəbul olunub.

Gizli səsvermə prosesi hesablama komissiyasının nəzarəti ilə tam şəffaf qaydada keçirilib. Səslər toplandıqdan sonra nəticələr elan olunub.

Müsabiqədə 35 iddiaçı iştirak edib və onlar iddia etdikləri vəzifələri tutublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: