Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib
15.03.2019 15:10
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş doktorantlar və onların elmi rəhbərləri, aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası giriş sözü ilə akademik Nərgiz Axundova açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Bildirib ki, tədbir bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələrinin müzakirəsinə həsr olunub. Akademik qeyd edib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 16 nəfər qəbul olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: