Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2019 09:06
  • A-
  • A
  • A+

NKPİ-də Mendeleyevin Dövri qanununun kəşfinin 150 illiyi qeyd olunub

NKPİ-də Mendeleyevin Dövri qanununun kəşfinin 150 illiyi qeyd olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Elm günü və rus alimi D.İ.Mendeleyev tərəfindən Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan konfrans keçirilib.

Tədbirdə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin müəllim və şagirdləri, o cümlədən NKPİ-nin alimləri iştirak ediblər.

Konfransı institutun direktoru, akademik Vaqif Abbasov açaraq 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli” elan olunduğunu bildirib. O, Mendeleyevin Dövri qanununun kəşfinə dair geniş məlumat verib və şagirdlərin suallarını cavablandırıb.

Müzakirələrdən sonra məktəblilər Y.H.Məmmədəliyevin Memorial muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: