Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2019 14:09
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub

Yüksək Texnologiyalar Parkı tərəfindən elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) tərəfindən keçirilən "Elm həftəsi" öz işini martın 14-də davam etdirib.

Tədbirin dördüncü günündə YT Park tərəfindən 3 kateqoriya üzrə elan olunmuş müsabiqəyə təqdim edilən layihələrin müzakirəsi aparılıb. Müsabiqə komissiyasının üzvləri layihə təkliflərinin qeydiyyatını aparıb, onları kateqoriyalar üzrə qruplaşdırıb, daxil olan sənədlərin formalara uyğunluğunu yoxlayıb və fərdi layihələrin müəllifləri ilə söhbət aparıblar.

Qeyd edək ki, “Elm həftəsi”nin bağlanış mərasimi martın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq. Tədbirdə "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu" üzrə müsabiqənin qalibləri müvafiq olaraq 500, 1000 və 1500 manat məbləğində mükafatla təltif ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: