www.science.az
11.03.2019 16:56

Respublika Seysmoloji Xidmət Mərkəzi "Açıq qapı" günü keçirəcək

27 mart 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda "Açıq qapı" günü keçiriləcək.

Tədbir ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsinda baş tutacaq.

"Açıq qapı" günündə son 100 ildə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdiriləcək, bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat veriləcək.

Ünvan: Bakı ş., H.Cavid prospekti 119.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.