Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Akif Musayev Odlar Yurdu Universitetinin “Fəxri doktoru” seçilib
11.03.2019 14:49
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Akif Musayev Odlar Yurdu Universitetinin “Fəxri doktoru” seçilib

İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev “Elm aylığı” çərçivəsində Odlar Yurdu Universitetində “İqtisad elminin müasir problemləri” mövzusunda məruzə ilə çıxış edib.

A.Musayev iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər, dünya ölkələrində gizli iqtisadiyyat və onun doğurduğu problemlər, maliyyə sektorunun real sektordan daha sürətli artımı, inkişaf etmiş ölkələrdə ÜDM-də xidmət sferasının payının maddi istehsaldan daha yüksək olması, rəqəmsal iqtisadiyyatın ölçülməsi və uçotunun aparılması, qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi kimi məsələlərdən bəhs edib.  

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda AMEA-nın müxbir üzvü A.Musayevə Odlar Yurdu Universitetinin “Fəxri doktoru” adı verilib. Universitetin rektoru, professor Əhməd Vəliyev fəxri diplomu alimə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: