www.science.az
11.03.2019 12:06

“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” monoqrafiyası işıq üzü görüb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekkerin rus dilində “XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” (yəhudi icmasının nümunəsində) monoqrafiyası çap olunub.

Kitabın elmi redaktoru institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadədir.

Vəsaitdə AR Dövlət Tarix Arxivinin sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında yəhudi etnik qrupunun təmsilçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında iştirakı məsələləri ətraflı şəkildə əks olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.