Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor Paşa Zamanovun xatirəsi yad edilib
11.03.2019 11:31
  • A-
  • A
  • A+

Professor Paşa Zamanovun xatirəsi yad edilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aqrokimyaçı alim, Əməkdar elm xadimi, aqrar elmləri üzrə elmlər doktoru, professor Paşa Zamanovun anım günü keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq görkəmli alimin şərəfli ömür yolundan, ölkəmizdə aqrokimyanın inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. Qeyd edib ki, P.Zamanov 13 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Alimin apardığı elmi-tədqiqat işlərinin nəticəsi 246 elmi əsərdə, 1 monoqrafiya, 16 kitab, 14 patent-ixtirada və 13 müəlliflik şəhadətnaməsində əksini tapıb.

O, P.Zamanovun müxtəlif illərdə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, medal və diplomları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin a.e.ü.e.d. Mustafa Mustafayev, a.e.ü.f.d. - Məmməd Məmmədov, Əminə Axundova, t.ü.f.d. Əlibala Əlizadə və digərləri çıxış edərək alimin həyat və yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.

Sonda P.Zamanovun xatirəsinə hazırlanmış film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: