Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2019 10:42
  • A-
  • A
  • A+

Görkəmli aktyor Hüseyn Ərəblinskinin qətlə yetirilməsinin 100 illiyinə həsr olunan anım tədbiri keçirilib

Görkəmli aktyor Hüseyn Ərəblinskinin qətlə yetirilməsinin 100 illiyinə həsr olunan anım tədbiri keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycanın romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinskinin faciəli şəkildə qətlə yetirilməsinin 100 illiyinə həsr olunan anım tədbiri keçirilib.

Tədbir çərçivəsində, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadovanın görkəmli aktyorun həyat və yaradıcılığından bəhs edən “Ərəblinski teatrı” monoqrafiyasının təqdimatı da olub.

Konfransı institutun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov açaraq aktyorun həyat və yaradıcılığından danışıb.

Sonra müəssisənin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Azərbaycan teatrının səməndər quşu” adlı məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin Əməkdar incəsənət xadimləri - Vaqif Əlixanlı, Ayaz Salayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Kərimova və digərləri çıxış edərək “Ərəblinski teatrı” monoqrafiyası barədə fikirlərini bölüşüblər.

Sonda kitabın müəllifi M.Qubadova çıxış edərək H.Ərəblinskinin şəxsiyyət və sənətkar kimi cəmiyyətin yüksək təbəqəsində qərarlaşdığını deyib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: