Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.03.2019 10:20
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əməkdaşlıq edəcək

Genetik Ehtiyatlar İnstitutu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən vərəm və ağciyər xəstəliklərinin, eləcə də qeyri-yoluxucu xəstəliklərin genetik əsasları öyrəniləcək, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliyin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatlar və kadr hazırlığı aparılacaq. Müqavilədə iki qurum arasında elmi-tədqiqat sahəsində əlaqələrin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, birgə seminarların, elmi-praktik konfransların təşkili nəzərdə tutulub.

Müqavilə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: