Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2019 12:09
  • A-
  • A
  • A+

AMEA-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qadınlar təşkilatı və AMEA-nın Qadınlar şurası 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edib. O, ulu öndər Heydər Əliyevin bu bayrama xüsusi önəm verdiyini vurğulayıb, Azərbaycan qadınının bəşəriyyətə böyük alimlər bəxş etdiyini bildirib.

AMEA-nın Qadınlar şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə gələcək bayramların işğaldan azad edilən torpaqlarımızda keçirilməsi arzusu ilə iştirakçıları təbrik edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında qadınların cəmiyyətdə olan stereotipləri qıraraq, elmin hər sahəsində öz potensialını, gücünü optimallaşdırmanın zəruri olduğunu vurğulayıb.

Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov qadınları təbrik edərək, onlara xoş arzularını çatdırıblar.

Tədbirdə, həmçinin Nizami adına Ədəbiyyat İnstitutunun qadınlar təşkilatı adından Aynur Xəlilova, Fəlsəfə institutunun doktorantı Hafizə İmanova, kiçik elmi işçi Gülnar Abdullayeva ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışıblar.

Tədbir bayram şənliyi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: