Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Elm həftəsi” keçiriləcək
05.03.2019 14:27
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Elm həftəsi” keçiriləcək

11-17 mart 2019-cu il tarixlərində AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) "Elm həftəsi" keçiriləcək.

Tədbir çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən hər gün konfransların və sərgilərin təşkili, eləcə də bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzulara həsr edilmiş təqdimatların, ixtira və innovasiyalı layihələrin nümayişi nəzərdə tutulur.

Bundan əlavə, YT Park tərəfindən "Ən yaxşı innovasiyalı ideya", "Ən yaxşı innovasiyalı layihə" və "Ən yaxşı innovasiya məhsulu" üzrə müsabiqə elan olunub. İştirakçılar öz layihələrini AMEA YT Parkın Mərkəzi Elmi Kitabxanada yerləşən müsabiqə komissiyasına təqdim etməlidirlər.

Müsabiqənin nəticələri "Elm həftəsi"nin sonuncu günü ictimaiyyətə elan olunacaq və qaliblər müvafiq olaraq 500, 1000 və 1500 manat məbləğində mükafatla təltif ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: