Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın e-poçt sistemi istifadəçilərinin nəzərinə!
04.03.2019 14:02
  • A-
  • A
  • A+

AMEA-nın e-poçt sistemi istifadəçilərinin nəzərinə!

AMEA-nın korporativ e-poçt sisteminin yenidən qurulması ilə bağlı (lisenziyalı proqram təminatının yüklənməsi və poçt qutularının köçürülməsi)  işlər artıq başa çatıb. Nəzərinizə çatdırmaq istəyirik ki, science.az domeni və onun alt-domeninin (*.science.az, məsələn, iit.science.az) istifadəçiləri artıq öz elektron poçt qutularına https://mail.science.az ünvanından daxil ola bilərlər. Bunun üçün veb-brauzerdə (Google Chrome, İnternet Explorer, Mozilla Firefox və s.) qeyd olunan ünvanı daxil etmək lazımdır. İstifadəçi adı və parol dəyişməmiş olaraq əvvəlki qaydada qalır. E-poçt proqramlarından (MS Outlook, Live Client, The Bat və s.) istifadə edən şəxslər artıq veb-brauzerdən istifadə etməlidirlər. Qeyd edək ki, yeni sistemə istifadəçilərin əvvəlki sistemdə olan məktubları da köçürülmüşdür. Bununla bərabər istifadəçilərin hesabları https://mail.ab.az ünvanında da hər hansı bir məlumatın əlyetərliyi məqsədi ilə aktiv saxlanılıb.  

Onu da bildirək ki, əvvəlki sistem bir müddət aktiv qalacaq. Bu, məktubların göndərilməsi və qəbul edilməsi məqsədi ilə deyil, yalnız məlumat əldə olunması üçün nəzərdə tutulub.

Bir daha ab.az və onun alt-domenlərinin istifadəçilərindən öz poçt ünvanlarını science.az domeninə daşımalarını xahiş edirik və xatırlatmaq istəyirik ki, əvvəlcədən də elan olunduğu kimi bu domenin texniki dəstəyi dayandırılacaq.

Elektron poçt ünvanı ilə bağlı yaranacaq suallar və qarşılaşa biləyəcəyiniz problemlərlə əlaqədar olaraq AzScienceNet Data Mərkəzinə müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 510 29 35

Mob.: (+994 55) 619 85 74  (Tural Mustafayev)

Mob.: (+994 55) 711 57 50  (Səməd Dursunov)

E-mail: admin@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: