Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorov vəfat edib
04.03.2019 12:04
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorov vəfat edib

Rusiyanın dünya şöhrətli alimi, Nobel mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorov 88 yaşında vəfat edib.

Qeyd edək ki, görkəmli alim, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə tanınmış mütəxəssis Jores Alfyorov 1991-ci ildən indiyə kimi REA Sankt-Peterburq Elmi mərkəzinin Rəyasət Heyətinin sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidenti idi.

Alim 1972-ci ildə Ümumi Fizika və Astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 1979-cu ildə isə Ümumi Fizika və Astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdi.

O, yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki fəaliyyətinə görə 1972-ci ildə Lenin və 1984-cü ildə SSRİ Dövlət mükafatları ilə təltif edilmişdi. Nobel mükafatına isə 2000-ci ildə yarımkeçirici texnikalar sahəsində tədqiqatlarına görə layiq görülmüşdü. J.Alfyorov Rusiya tarixində Nobel mükafatı almış dörd nəfərdən biri idi. 

Alim 500-dən çox elmi əsər, 3 monoqrafiya və 50 ixtiranın müəllifi idi. Onun tərəfindən texnoloji tədqiqatların əsasında yarımkeçiricinin fundamental parametrlərini idarə etməyə imkan verən epitaksial metodlar hazırlanmışdı.

J.Alfyorov 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri xarici üzvü seçilmişdi.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: