Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“SABAH” qruplarının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər
04.03.2019 11:59
  • A-
  • A
  • A+

“SABAH” qruplarının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “SABAH” qruplarında kompüter elmləri ixtisası üzrə təhsil alan III kurs tələbələri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) təcrübə keçirlər.

Tələbələrlə görüşən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparılır, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir. Bununla yanaşı, institutun əsas istiqamətlərindən biri də intellektual gənclərin yetişdirilməsidir.

Alim tələbələrə institutun elmi mühitindən faydalanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.

Tələbələr təhkim olunduqları şöbələrdə veb-texnologiyalar, “text mining”, “data Science”, “Big Data” və digər istiqamətlərdə apardıqları araşdırmalar və əldə etdikləri təcrübə haqqında məlumat veriblər.

İnstitutun direktoru tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, tələbələr AMEA prezidenti, akademik Akif Əlizadənin “SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” 2019-cu il 24 yanvar tarixli Sərəncamına əsasən İTİ-də təcrübə keçirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: