Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
04.03.2019 10:49
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun əməkdaşı Məlik Saminin həmmüəllifləri olduqları məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılmış "Journal of Dynamical and Control Systems" 0.693 impakt faktorlu elmi jurnalda çap olunub. 

“İdarəedicidə gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib zəruri optimallıq şərtləri” adlı məqalədə idarəedicidə gecikməsi olan optimal idarəetmə məsələsi tədqiq olunub. Yeni metod tətbiq etməklə Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi alınıb. Həmçinin funksionalın ikinci variasiyasına əsaslanaraq kvazi-məxsusi idarəedicilərin optimallığı üçün ikinci tərtib zəruri şərtlər alınıb. Alınmış nəticələrin və tətbiq edilmiş metodun dəyərini göstərmək üçün misallar göstərilib.

"Journal of Dynamical and Control Systems" jurnalı ABŞ-ın “Springer” elmi jurnallar bazasında olmaqla yanaşı, kontrol və optimizasiya sahəsi üzrə dünyada 25 ən nüfuzlu elmi nəşrlər siyahısındadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: