Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları İqtisadiyyat İnstitutunda olublar
01.03.2019 16:49
  • A-
  • A
  • A+

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları İqtisadiyyat İnstitutunda olublar

ABŞ-ın Azərbaycandakı səfirliyinin İqtisadiyyat şöbəsinin müdiri Castin Berq və iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov AMEA-nın İqtisadiyyat İnstitutunda olublar.

İnstitutun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanovla görüşdə ölkə başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı institutda aparılan elmi-tədqiqat işləri, xüsusilə fundamental-nəzəri araşdırmalardan bəhs olunub, innovativ tədqiqatlar, o cümlədən iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi və post-neft iqtisadiyyatına keçidin astana göstəricilərinin müəyyənləşdirilməsi üzrə araşdırmalar barədə məlumat verilib.

Bundan əlavə, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda 2019-2021-ci illərdə İqtisadiyyat İnstitutunda aparılması nəzərdə tutulan kompleks tədqiqat mövzusu ətrafında da müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: