www.science.az
04.11.2013 00:00

Akademik Vaqif Fərzəliyev İrkutsk şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir

Akademik Vaqif Fərzəliyev İrkutsk şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Rusiya Federasiyasının İrkutsk şəhərində keçirilən “Kimyəvi reaktivlər, reagentlər və aztonajlı kimya prosesləri” “Reaktiv-2013” XXVII Beynəlxalq elmi-texniki konfransında iştirak etmişdir.

Akademik V.Fərzəliyev konfrans çərçivəsində plenar iclasa rəhbərlik etmiş, məruzələrdə, həmçinin aztonajlı kimyanın problemlərinə dair müzakirələrdə iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.