Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

İnstitutun gənc alim və mütəxəssisləri arasında müsabiqə keçirilir
01.03.2019 11:42
  • A-
  • A
  • A+

İnstitutun gənc alim və mütəxəssisləri arasında müsabiqə keçirilir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun gənc alim və mütəxəssisləri arasında müsabiqə elan edilib.

Müsabiqədə dissertasiya işini müdafiə etmiş və elmi fəaliyyətində xüsusi fərqlənənlər, eləcə də yüksək akademik göstəriciləri ilə seçilən magistrantlar “İlin ən yaxşı gənc alimi”, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda dərc olunmuş əsərlərinin sayına görə fərqlənənlər isə “Elmi fəaliyyətin nəticələrinə görə” nominasiyaları üzrə mükafatlandırılacaq. Bununla yanaşı, müxtəlif xidmətlərinə görə ayrı-ayrı qurumlar və rəhbər şəxslər tərəfindən təltif edilənlər “İlin nailiyyəti”, ən yaxşı elmi məruzə ilə çıxış edənlər “Respublika və beynəlxalq səviyyəli elmi toplantılarda məruzə ilə çıxışa görə”, idman yarışlarının mükafatçıları isə “İdman yarışlarında uğurlarına görə” nominasiyaları üzrə qalib elan ediləcəklər.

Müsabiqəyə kollektiv işlər qəbul olunmur, bir nəfər yalnız bir nominasiya üzrə iddia təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyənlərin sənəd və materialları martın 7-dək qəbul olunur. Nəticələrin “Elm günü” ərəfəsində açıqlanması və qaliblərin xüsusi təqdimat mərasimində mükafatlandırılması nəzərdə tutulur. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim ediləcək.

Müsabiqənin hər il keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: