Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.02.2019 16:20
  • A-
  • A
  • A+

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu Türkiyənin Bileciç Şeyh Edebali Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu Türkiyənin Bileciç Şeyh Edebali Universiteti ilə əməkdaşlıq edəcək

Türkiyə Respublikasının Bileciç Şeyh Edebali Universitetinin prorektoru, professor Nurgül Özbay və həmin universitetin xarici tələbələr üzrə koordinatoru Murat Yatağan AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşən qonaqlar əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.

V.Abbasov rəhbərlik etdiyi müəssisənin tarixi, burada aparılan elmi-tədqiqat işləri, sintez olunmuş reagentlər barədə qonaqlara ətraflı məlumat verib.

Professor Nurgül Özbay isə təmsil etdiyi qurumun elmi-tədqiqat işlərindən bəhs edib.

Sonda türkiyəli alimlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq müqaviləsinin bağlanması məqsədi ilə akademik V.Abbasovu Bileciç Şeyh Edebali Universitetinə dəvət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: