Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2019 14:56
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər.

Ölkəmizin flaqman ali məktəbinin 36 nəfərdən ibarət tələbə heyəti ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun müasir kimyəvi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər.

Tələbələr, həmçinin institut əməkdaşları tərəfindən zərif üzvi sintez və aşqarlar kimyası sahəsində aktuallıq kəsb edən prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqatların mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

Tələbələrin tədris-istehsalat təcrübəsi mayın 20-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: