Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2019 14:31
  • A-
  • A
  • A+

“SABAH” qrupunun tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

“SABAH” qrupunun tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin “SABAH” qrupunun fizika və biologiya fakültəsinin III və IV kurs tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər.

Məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda elmi-tədqiqat işlərinin sərbəst şəkildə yerinə yetirilməsi vərdişlərinin formalaşdırılmasıdır.

Təcrübə dövründə Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi Ruhiyyə Quliyeva tələbələri institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqların iş prinsipi barədə məlumatlandırır, onlara mühazirələr keçir və apardığı elmi təcrübələri əyani nümayiş etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: