Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib
28.02.2019 10:59
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə institutun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov mövzu ilə bağlı çıxış edərək lay sistemində kapilyar dayanıqsızlıq proseslərinin tənzimlənməsinin Maranqoni effekti və artan hidrodinamik təsiretmə üsulları ilə mümkünlüyündən danışıb. Məruzəçi bu üsulların flüidlərin və doymuş kollektorların fiziki-kimyəvi xüsusiyyətlərini və sıxışdırma şərtlərini nəzərə almaqla aparılmasının vacibliyini əsaslandırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: