Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Şərq araşdırmaları” toplusu məqalə qəbulu elan edir
27.02.2019 14:34
  • A-
  • A
  • A+

“Şərq araşdırmaları” toplusu məqalə qəbulu elan edir

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” toplusu Azərbaycan və rus dillərində məqalə qəbulu elan edir. Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə (sherq.arashdirmalari@mail.ru) qəbul edilir və müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi tələb olunur.

Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur və plagiatlıq faktı aşkarlanan əsərlər dərc edilmir. Məqalələrin qəbulu üçün son 5-10 ilin elmi əsərlərinə istinad edilməli, həmçinin ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.

Məqalələrin yazılışına dair tələblər:

- Məqalələrin həcmi 15 vərəq (A4), 14 ölçülü Times New Roman şrifti ilə, interval 1,5, sol kənar 3 sm., sağ kənar 1,5 sm., yuxarı və aşağı hissə 2 sm.);

- Məqalənin başlığının altında müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi və e-mail ünvanı göstərilməlidir;

- Məqalənin sonunda məzmunu 2 dildə (rus və ingilis) də eyni olan 150-200 sözdən ibarət xülasə (məqalənin adını yazmaq şərtilə) və 3 dildə (Azərbaycan, rus və ingilis) açar sözlər verilməlidir;

- Mətndəki istinadlar müəllifin soyadı, əsərin nəşr ili və səhifəsi şəklində əks olunmalıdır.

“Şərq araşdırmaları” toplusuna məqalələrin qəbulu üçün son tarix 5 aprel 2019-cu ildir.

Ünvan: H.Cavid pr., 115 (Şərqşünaslıq İnstitutu, otaq 721)

Tel: (+994 55) 471 13 66

E-mail: sherq.arashdirmalari@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: