Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Elm aylığı” çərçivəsində elmi-praktik konfrans keçirilib
27.02.2019 14:07
  • A-
  • A
  • A+

“Elm aylığı” çərçivəsində elmi-praktik konfrans keçirilib

Fevralın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində “Elm aylığı” çərçivəsində “Tədqiqat universiteti: nələri bilmirik?” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə universitetin rektoru, professor Ədalət Muradov dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Rektor sərəncama əsasən fevralın 27-dən martın 27-dək ali məktəbdə “Elm aylığı”nın keçiriləcəyini, “Yeni elm sahələri - ekonofizika, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri” və digər mövzulara həsr olunan tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb.

Ə.Muradov konfransın adının təsadüfi seçilmədiyini, rəhbərlik etdiyi ali məktəbdə 22 tədqiqat mərkəzinin yaradıldığını qeyd edib.

Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinin hədəflərinin miqyasına, əhatə dairəsinə və gələcək nəticələrinə görə ölkə iqtisadiyyatı və iqtisad elmi üçün vacib olduğunu bildirib.

Tədbirdə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın “İctimai elmlərin əsas problemləri” və Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun “Universitetlərin elmi fəaliyyətində yeni trendlər: beynəlxalq təcrübə və reallıqlar” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: