Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

26.02.2019 11:15
  • A-
  • A
  • A+

“Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı çapdan çıxıb

“Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı işıq üzü görüb.

Kitab AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim  ƏliquliyevFolklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun elmi redaktorluğu ilə nəşr olunub.

Monoqrafiya İnternet mühitində meydana gələn folklor yaradıcılığının spesifikasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklərə, virtual mühitdə yaranan yeni ənənə və davranışların analizinə həsr edilib.

Tədqiqatda kommunikasiya və folklor, rəqəmsal kommunikasiya vasitələrində folklorik modellər, virtual sosial mühitdə folklorlaşma, İnternet folklorunun semantik analizi, Azərbaycandilli virtual mühitdə folklorik dinamika kimi məsələlər müasir elmi nəzəri yanaşma və baxışlar əsasında öyrənilib.

Belə nəticəyə gəlinib ki, folk­lo­run  ifa və ic­ra mü­hi­ti­nin də­yiş­mə­si (“üz-üzə” kom­mu­ni­ka­si­ya­dan vir­tu­al kom­mu­ni­ka­si­ya­ya ke­çid) onun tə­cəs­süm olun­ma va­si­tə­lərin­də (söz, rəsm, fo­to, qra­fik işa­rə və s. for­ma­sın­da rə­qəm­sal­laş­ma), ötü­rül­mə və ya­yıl­ma üsu­lların­da (elek­ton poçt, SMS, so­si­al şə­bə­kə və s.), elə­cə də söy­lə­yi­ci, mətn və audi­to­ri­ya müs­tə­vi­sin­də ye­ni­lik­lə­rin ya­ran­ma­sı­na, bü­töv­lük­də isə ənə­nə­vi folk­lor­dan vir­tu­al folk­lo­ra ke­çi­din baş ver­mə­si­nə sə­bəb ol­ub. Bu da folk­lo­ru öy­rə­nən el­min qar­şı­sın­da müx­tə­lif prob­lem və su­al­lar qoy­ub ki, ha­zır­da hə­min is­ti­qa­mət­də dün­ya­nın bir sı­ra nü­fuz­lu el­mi mər­kəz­lə­rin­də mü­hüm tədqi­qat­lar apa­rıl­maq­da­dır. 

Kitab folklorşünas alimlər, dissertantlar, doktorantlar, magistrantlar, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: